“Çikaqo”da vida
“Çikaqo” basketbolçusu Cavon Frimen-Liberti ilə yollarını ayırıb. Onunla zəmanətsiz müqaviləyə xitam verilib.
22 yaşlı müdafiəçi bu ilin draftında seçilməyib. Buna baxmayaraq, Cavon “Bulls”un toplanışına qatılıb.
O, “Denver”lə yoxlama görüşündə 6 dəqiqəyə 8 xal toplayıb. Müdafiəçinin G-liqasında çıxış edəcəyi gözlənilir.