“Çikaqo”da vida

“Çikaqo”da vida

“Çikaqo” basketbolçusu Kostas Adetokumbo ilə yollarını ayırıb. 25 yaşlı hücumçu heyətdən kənarlaşdırılıb.

O, oktyabrın 15-də ikitərəfli müqavilə imzalamışdı. Lakin cari mövsümdə heç bir oyunda iştirak etməyib.

Kostas NBA-dakı üç mövsümdə 22 matç keçirib. O, orta hesabla 1,0 xal və 1,0 ribaunda imza atıb. Adetokumbonun yerinə Karlik Cons heyətə daxil edilib.

e-Topaz

Əvvəlki yazı

Mərakeşin qapıçısı “Bavariya”nın hədəfində

Növbəti yazı

“Arsenal” Rabioya elçi düşdü