“Çikaqo”da rekord seriya
“Çikaqo” “Nyu-York”la qarşılaşıb. “Bulls” bu görüşdə çətin qələbə qazanıb – 118:117.
Komandanın ulduzları Demar Derozan 25, Zak Levin 33, Nikola Vuçeviç 21 xal toplayıb. Bu, hər üç oyunçunun ən azı 20 xal topladığı ardıcıl 4-cü matçdır.
“Çikaqo”nun “üçlüy”ü klub tarixinin rekordunu gerçəkləşdirib. İndiyədək belə seriya qeydə alınmayıb.
Qeyd edək ki, 32 matçda 14 qələbəsi olan komanda Şərq konfransında 11-cidir.