Çiçaritoya ərəblərdən təklif
“Los-Anceles Qalaksi”nin futbolçusu Çiçarito Səudiyyə Ərəbistanından təklif alıb. Bunu meksikalı hücumçunun özü açıqlayıb.
MLS təmsilçisi ilə müqaviləsi ilin sonunda bitəcək forvard azad agent statusu alacaq. O, Avropadan, MLS-dən, Meksika və Səudiyyə Ərəbistanından olan təklifləri nəzərdən keçirdiyini bildirib.
35 yaşlı meksikalı cari mövsümdə 12 matça çıxıb. Onun hesabında 1 qol və 1 assist var.