Ceymsdən növbəti rekord
Lebron Ceyms daha bir rekorda imza atıb. O, Olimpiya Oyunlarının tarixinə düşüb.
Superulduz bu uğura olimpiadalarda ikinci dəfə tripl-dabl edərək nail olub. Lebron 16 xal, 12 ribaund və 10 assistlik performansla oynayıb. O, Olimpiya Oyunları tarixində tripl-dabl etməyi bacaran dördüncü idmançıdır. Bu uğura ilk nail olan idmançı isə SSRİ-dən Aleksandr Belov olub.