Ceyk “Liverpul”un hədəfində
“Renn”in müdafiəçisi Ceremi Ceyk komandanı tərk etməyə yaxındır. O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“Liverpul” fransalı futbolçunu transfer etmək istəyir.
İngiltərə klubu Ceyki mövsümün sonunda müqaviləsi başa çatan İbrahima Konatenin əvəzləyicisi kimi düşünür. “Qırmızılar” 20 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.













