Ceyhun Bayramov Neapolda “Qarabağ”la görüşüb

Ceyhun Bayramov Neapolda “Qarabağ”la görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-“Qarabağ” matçını stadiondan izləyib.

Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klub rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.

Görüş zamanı Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.

Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçularımız sona kimi mübarizə apardılar”

Növbəti yazı

Kenan Yıldız üçün yubiley