Cesse Sekidika: “Makkabi” çox güclü rəqibdir”
Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. “Sabah” “Makkabi”ni qəbul edəcək.
Matçdan öncə “bayquşlar”ın futbolçusu Cesse Sekidika mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Sabah bizi çox çətin oyun gözləyir. “Makkabi” çox güclü rəqibdir. Yaxşı formadadırlar. Sabah mübarizə aparmalı və qələbə qazanmalıyıq. Komandamızın uğur qazanması mənim üçün əsas məsələdir”.