Cerrardın gözü PSJ-də
PSJ-nin futbolçusu Jorjinyo Veynaldum karyerasını İngiltərədə davam etdirə bilər. Niderlandlı yarımmüdafiəçi “Aston Villa”nın hədəfindədir.
Baş məşqçi Stiven Cerrard onu sərəncamında görmək istəyir. Mütəxəssis Veynaldumun yayda heyətə qatılmasını rəhbərlikdən xahiş edib.
Qeyd edək ki, Jorjinyo Fransa klubuna ötən ilin yayında keçib.