Cerrard postunu tərk etdi
Stiven Cerrard “Əl İttifaq”ın baş məşqçisi postunu tərk edib. Bunu Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti açıqlayıb.
44 yaşlı ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. O, 2023-cü ilin iyulundan rəhbərlik etdiyi klubda ilyarım keçirib.
Qeyd edək ki, Cerrardın rəhbərliyi altında baş tutan 55 oyunda 19 qələbə və 16 heç-heçəsi olan “Əl İttifaq” 20 dəfə uduzub.