Cerrard ketçupu qadağan etdi
“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard komandaya bir sıra qadağalar qoyub. Bunlardan biri isə ketçup yeməkdir.
İngiltərəli mütəxəssis əvvəllər də bu məhsulun qadağan olduğunu bildirib. Bu addımı ilk atan isə Cerrard deyil. Ona qədər “Tottenhem”in yeni baş məşqçisi Antonio Konte də analoji tədbirlər görüb. O, London klubunun futbolçularına ketçup və mayonez yeməyi qadağan edib.