Ceremi Frimponq: “Qarabağ”ın nə qədər güclü komanda olduğunu bilirəm”
“Qarabağ” UEFA Çempionlar Liqasının VIII turunda səfərdə “Liverpul”la qarşılaşacaq.
Meydan sahiblərinin müdafiəçisi Ceremi Frimponq oyunöncəsi keçirilən mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Futbolda bəzən işlər istədiyin kimi getmir. Hər oyunda maksimum gücümüzü ortaya qoyuruq, lakin bəzən şans bizim tərəfimizdə olmur. Çempionlar Liqasında yaxşı mövqedəyik və sabah qalib gəlsək, 1/8 finala vəsiqə qazanacağıq. “Qarabağ”ın nə qədər güclü komanda olduğunu bilirəm. Onlar Çempionlar Liqası səviyyəsində çıxış edən komandadır. Sabahkı oyun bizim üçün asan olmayacaq”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












