Çerçesov üçün 500 min avro

Çerçesov üçün 500 min avro

Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefaya göndərildiyi üçün 500 min avro məbləğində təzminat alacaq. Bu məlumatı “VseProSport” Qazaxıstan Futbol Federasiyasına (KFF) yaxın mənbəyə istinadən yayıb.

61 yaşlı rusiyalı mütəxəssisin KFF-nin təklif etdiyi məbləğdən razı qaldığı, lakin hələ tərəflərin sənədləri imzalamadığı bildirilir.

Qeyd edək ki, Çerçesov 2024-cü ilin yayından Qazaxıstan millisini çalışdırırdı. Onun rəhbərliyi altında 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə edən komanda bir qol belə vurmayaraq öz qapısından 15 top buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Telldən “Bavariya” qərarı

Növbəti yazı

Marinin yeni klubu bəlli oldu