“Cenoa”nın baş məşqçisi postuna namizəd
“Cenoa” yeni baş məşqçi axtarışındadır. Komandanın çalışdırıcısı Aleksandr Blessin uğursuz nəticələrdən sonra postunu tərk edib.
İtaliya mətbuatının yazdığına görə, onun yerini Klaudio Renyeri tuta bilər. Hazırda “Cenoa”nı müvəqqəti olaraq Alberto Qilardino çalışdırır.