“Cenoa”da baş məşqçi ayrılığı
A Seriyasında növbəti baş məşqçi dəyişikliyi baş verib. “Cenoa” baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 49 yaşlı çalışdırıcının gedişinə komandanın uğursuz nəticələri səbəb olub.












