“Cenoa” Şevçenkonu istefaya göndərdi
İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib. “Cenoa” baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib.
Ötən il noyabrın 7-də bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb. Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun “Salernitana” ilə matçında təsadüf edib – 1:0. “Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.