“Cenoa” sahibini dəyişdi
İtaliyanın “Cenoa” klubunun sahibi dəyişəcək. A seriyası təmsilçisinin sahibi Enriko Pretsiozi klubu satıb.
Genuya təmsilçisi ABŞ-dan olan fondun balansına keçib. “Cenoa”nın sahibini dəyişməsi yaxın günlərdə rəsmiləşəcək.
Xatırladaq ki, Pretsiozi 2003-cü ildən klubun sahibidir. O, “Cenoa”nı Stefano Kampoççiadan alıb.