Çempionlar Liqasının püşkü atıldı

Çempionlar Liqasının püşkü atıldı

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.

İlk oyunlar 17-24-cü yer sahiblərinin, cavab matçları 9-16-cı pillələri tutanların stadionunda keçiriləcək. Bu raundun mərkəzi oyunu “Mançester Siti” və “Real” arasında olacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi

“Brest” – PSJ
“Brügge” – “Atalanta”
“Mançester Siti” – “Real”
“Yuventus” – PSV
“Monako” – “Benfika”
“Sportinq” – “Borussiya” D
“Seltik” – “Bavariya”
“Feyenoord” – “Milan”

Qeyd edək ki, pley-off matçları fevralın 11-12-də və 18-19-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Miki Murdan yeni rekord

Növbəti yazı

“Qalatasaray” və “Fənərbaxça”nın rəqibləri bəlli oldu