Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək

Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü yenidən keçiriləcək. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasında qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb.

Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasında qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.

Qitə futbol qurumu püşkatmanın Bakı vaxtı ilə saat 18:00-da keçiriləcəyini bəyan edib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” klubuna 5 milyon manat ayrıldı

Növbəti yazı

“Qarabağ” “Marsel”lə qarşılaşacaq