Çempionlar Liqasında tamam və ya davam görüşü paytaxtımızda keçiriləcək

Çempionlar Liqasında tamam və ya davam görüşü paytaxtımızda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda baş tutacaq. Qarşılaşma yanvarın 22-də təşkil olunacaq.

Yanvarın 7-də Bakıda “Aliağa Petkim Spor” rəqibini 82:81 hesabı ilə məğlub edərək seriyada 1:0 önə keçmişdi. Bir həftə sonra cavab oyununda isə “Hapoel Holon” 65:62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabləşdirib.

Qeyd edək ki, klublar arasındakı həlledici qarşılaşma Bakı İdman Sarayında oynanılacaq.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən yeni transfer

Növbəti yazı

Kolo Muani İtaliya yolunda