Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
Bu gün Çempionlar Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Avropanın ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda 8 qrupa bölünüb.
Bu mərhələnin qarşılaşmalarına sentyabrın 19-da start veriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/8 finala adlayacaq. Qrup üçüncüləri isə Avropa Liqasının pley-offunda iştirak edəcək.
A qrupu
“Bavariya” (Almaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Kopenhagen” (Danimarka)
“Qalatasaray” (Türkiyə)
B qrupu
“Sevilya” (İspaniya)
“Arsenal” (İngiltərə)
PSV (Niderland)
“Lans” (Fransa)
C qrupu
“Napoli” (İtaliya)
“Real” (İspaniya)
“Braqa” (Portuqaliya)
“Union” (Almaniya)
D qrupu
“Benfika” (Portuqaliya)
“İnter” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Real Sosyedad” (İspaniya)
E qrupu
“Feyenoord” (Niderland)
“Atletiko” (İspaniya)
“Latsio” (İtaliya)
“Seltik” (Şotlandiya)
F qrupu
PSJ (Fransa)
“Borussiya” (D, Almaniya)
“Milan” (İtaliya)
“Nyukasl” (İngiltərə)
G qrupu
“Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)
H qrupu
“Barselona” (İspaniya)
“Porto” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna)
“Antverpen” (Belçika)