Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutub.

Püşkatmada qitənin ən nüfuzlu klub turnirinin əsas raundunda mübarizə aparacaq 32 komanda 8 qrupa bölünüb. 4 klubun mübarizə apardığı hər qrupdan ilk iki yerin sahibi 1/8 finala, üçüncü pilləni tutan komanda Avropa Liqasının pley-offuna yollanacaq.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-7-də start veriləcək.

A qupu
“Ayaks” (Niderland)
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Reyncers” (Şotlandiya)

B qrupu
“Porto” (Portuqaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Brügge” (Belçika)

C qrupu
“Bavariya” (Almaniya)
“Barselona” (İspaniya)
“İnter” (İtaliya)
“Viktoriya” (Plzen, Çexiya)

D qrupu
“Ayntraxt” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“Marsel” (Fransa)

E qrupu
“Milan” (İtaliya)
“Çelsi” (İngiltərə)
“Zalsburq” (Avstriya)
“Dinamo” (Zaqreb, Xorvatiya)

F qrupu
“Real” (İspaniya)
“Leypsiq” (Almaniya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Seltik” (Şotlandiya)

G qrupu
“Mançester Siti” (İngiltərə)
“Sevilya” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Kopenhagen” (Danimarka)

H qrupu
PSJ (Fransa)
“Yuventus” (İtaliya)
“Benfika” (Portuqaliya)
“Makkabi” (Hayfa, İsrail)

ETOPAZ

Əvvəlki yazı

Qrizman qərarını verdi

Növbəti yazı

Ançelotti ilin məşqçisi seçildi