Çempionlar Liqasında ilk
İtaliya klubları Çempionlar Liqasında ilkə imza atıb. Turnirin tarixində ilk dəfə bu ölkənin təmsilçiləri pley-offda eyni mərhələnin üç ilk oyununda qalib gəlib.
Buna “İnter”, “Milan” və “Napoli” nail olub. Hər üç komanda 1/8 finalın ilk görüşünü qələbə ilə başa vurub. Bunadək İtaliya təmsilçiləri belə nəticə əldə etməyib.
Qeyd edək ki, “Napoli” səfərdə “Ayntraxt”ı 2:0, “İnter” “Porto”nu və “Milan” “Tottenhem”i evdə 1:0 hesabı ilə məğlub edib.