Çempionlar Liqasında ilk
Dezire Due Çempionlar Liqasının tarixinə düşüb. PSJ-nin vingeri turnirin final matçında “qol+assist” sistemi ilə 3 xal toplyana ilk futbolçu olub.
19 yaşlı istedad “İnter”lə qarşılaşmada fərqlənib. Due 5:0 hesablı qələbəyə 2 qol və 1 assistlə töhfə verib.
Dezire həm də finalda qol vuran və məhsuldar ötürmə verən ən gənc oyunçu olub. O, buna 19 yaş 362 günlüyündə imza atıb.