Çempionlar Liqasında həftənin qolu bəlli oldu
Çempionlar Liqasında həftənin qolu bəlli olub. Bu, “İnter”in yarımmüdafiəçisi Nikolo Barellanın “Benfika”nın qapısından keçirdiyi top olub.
1/4 final mərhələsinin cavab oyunlarından sonra UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə keçirilib. Səsvermə əsasında Barella bütün rəqiblərini qabaqlayıb.