Çempionlar Liqasında 9-cu dəfə

Çempionlar Liqasında 9-cu dəfə

Çempionlar Liqasının qrup mərhələsində iki komanda bütün oyunlarda qalib gəlib. Turnirin tarixində ilk dəfə eyni mövsümdə buna birdən artıq komanda nail olub.

İngiltərə “Liverpul”u və Niderland “Ayaks”ı 6 matçın hamısında qələbə qazanıb. Hər iki komanda həm özünün, həm də ölkəsinin tarixində ilkə imza atıb.

Cari mövsümədək belə hadisəyə 7 dəfə təsadüf olunub. “Ayaks” və “Liverpul” bu rəqəmi 9-a çatdırıb. Əvvəlki illərdə “Milan” 1992/93, PSJ 1994/95, “Spartak” 1995/96, “Barselona” 2002/03, “Real” 2011/12 və 2014/15, “Bavariya” 2019/20 mövsümündə qrupda xal itirməyib.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan vida, “Leypsiq”lə “Porto” Avropa Liqasında

Növbəti yazı

Serena Uilyams “Australian Open”də iştirak etməyəcək