Çempionlar Liqasında 1/8 final cütləri
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda püşkdə 8 cüt təşkil edib.
Qrup qalibi olan komandalar ikinci yer sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.
Çempionlar Liqası
1/8 final
“Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)
“Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)
“İnter” (İtaliya) – “Ayaks” (Niderland)
“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.