Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi
Bu gün Çempionlar Liqasında mövsümün son püşkatması keçirilib. Tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 ən güclü komandanın növbəti rəqibləri müəyyənləşib. Bu klublar 1/4 finalın cütlərini təşkil edib.
Püşkatmada qalibləri yarımfinalda qarşılaşacaq cütlər də bəlli olub. Həmçinin, final matçının nominal meydan sahibinin hansı cütün qalibi olacağı dəqiqləşib.
1/4 final oyunları aprelin 5-6-da və 12-13-də, yarımfinal qarşılaşmaları aprelin 26-27-də və mayın 3-4-də keçiriləcək. Fransa paytaxtı Parisdəki “Stad de Frans”da təşkil olunacaq həlledici qarşılaşma mayın 28-də baş tutacaq.
Çempionlar Liqası
1/4 final
1. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya)
3. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)
4. “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
1/2 final
5. 2-ci cütün qalibi – 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi – 3-cü cütün qalibi
Final
7. 6-cı cütün qalibi – 5-ci cütün qalibi