Çempionlar Liqası finalı Madriddə

Çempionlar Liqası finalı Madriddə

Çempionlar Liqasının 2026/27 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib. Həlledici oyun İspaniyanın paytaxtı Madriddə baş tutacaq.

Qarşılaşma “Estadio Metropolitano”da təşkil olunacaq.

Final matçının təşkilinə Madridlə yanaşı Azərbaycan paytaxtı Bakı da namizəd olub. Lakin nəticədə İspaniya şəhəri qalib seçilib.

Qeyd edək ki, “Estadio Metropolitano” ikinci dəfə turnirin final matçına ev sahibliyi edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” – “Neftçi” matçının tarixi bəlli oldu

Növbəti yazı

“Sabah” və “Neftçi”dən qələbə