Çempionlar Liqası finalı ABŞ-da keçirilə bilər
Çempionlar Liqasının final matçı 2033-cü ildə ABŞ-da keçirilə bilər. UEFA-nın tezliklə Çempionlar Liqası oyunlarının, o cümlədən finalın okeanın o tayında keçirilməsi ilə bağlı ABŞ-dən olan şirkətlə müqavilə bağlayacağı gözlənilir.
Danışıqlar uğurlu alınarsa, Çempionlar Liqası tarixində ilk dəfə Avropanın ən yaxşı komandalarının yer aldığı turnirin finalı qitədən kənarda keçirilə bilər.