Çempionlar Liqası: 2 oyuna 10 qol!

Çempionlar Liqası: 2 oyuna 10 qol!

Çempionlar Liqasında 1/4 finala start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.

“Arsenal” “Bavariya”nı qəbul edib. Hesabı meydan sahibləri açıb. Bakayo Saka fərqlənib. Lakin qonaqlar Serj Qnabri və Harri Keynin qolları ilə önə keçib. Oyunda son nöqtəni isə Leandro Trossard qoyub – 2:2.

Günün digər qarşılaşmasında “Real” “Mançester Siti”ni qonaq edib. İngiltərəlilər 2-ci dəqiqədə Bernardo Silva ilə hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri ruhdan düşməyib. Öncə Ruben Diaşın avtoqolu ilə hesab bərabərləşib. Çox keçmədən, Rodriqo komandasını önə keçirib. Qonaqlar yenidən irəli atılıb. Fil Foden və Yoşko Qvardiol mançesterliləri sevindirib – 3:2. Federiko Valverde isə matçda son nöqtəni qoyub – 3:3.

ETOPAZ

Əvvəlki yazı

Neymar “Santos”u almaq niyyətindədir

Növbəti yazı

”Mançester Siti”nin seriyası davam edir