Çempiondan qələbə

Çempiondan qələbə

NBA-da mövsümün açılış günü Kaliforniya derbisi ilə əlamətdar olub. Son çempion “Qolden Steyt” “Leykers”i sınağa çəkib.

Bu qarşılaşmada “Uorriors” 123:109 hesabı ilə qələbə qazanıb. Çempionun lideri Stefen Karri bu qarşılaşmada 33 xal yığıb. O, 7 ötürmə, 6 ribaund, 4 topalma və 1 blok-şota da imza atıb.

Bu görüşdə Endryu Uiqqins 20, Kley Tompson 18, Cordan Pul 12 xal toplayıb. “Leykers!də ən yaxşı Lebron Ceyms olub. O, 31 xal, 14 ribaund, 8 ötürmə ilə fərqlənib. Entoni Devis 27, Rassell Uestbruk 19 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Marreydən imtina

Növbəti yazı

FIFA-dan “Giresunspor”a qadağa