Çempiondan ev qələbəsi

Çempiondan ev qələbəsi

Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub. Son qarşılaşmada “Qarabağ” “Kəpəz”i qəbul edib.

Qurban Qurbanovun yetirmələri bu matçda 3:0 hesablı qələbə qazanıblar. İlk yarıda Leandro Andrade hesabı açıb. İkinci hissədə Aleksey Kaşuk və Musa Qurbanlı fərqləniblər.

Çempion bu qələbə ilə xallarını 86-ya çatdırıb. 32 xala malik “Kəpəz” 8-ci pillədə yer alıb.

Qeyd edək ki, bu matçdan sonra “Qarabağ”ın qızıl medallar və çempionluq kuboku ilə mükafatlandırılması mərasimi keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən böyükhesablı qələbə

Növbəti yazı

“Qalatasaray” Türkiyə çempionu oldu