Çempion “US Open”dən kənarda qaldı
“Böyük dəbilqə” seriyalı “US Open” turnirinin son qalibi Dominik Tim bu il yarışa qatılmayacaq. Avstriyalı tennisçi titulunu qorumaq imkanından imtina etməyə məcbur olub. Tim zədədən sonra bərpa prosesini davam etdirməlidir.
Dominik bu qərarı təəssüf hissi ilə açıqlayıb: “Çox təəssüflənirəm ki, titulumu Nyu-Yorkda qoruya bilməyəcəyəm. Mən iyunda Malyorkada aldığım zədədən tam bərpa olmamışam. Çox çətin qərardır. Amma bu addımı atmalıyam”.