“Çelsi”nin yeni transfer hədəfi
“Çelsi” heyətinə yeni müdafiəçi qatacaq. İngiltərə klubu Mamadu Sarrı transfer edəcək.
“Strasbur”un futbolçusu üçün 20 milyon avroya yaxın məbləğ ödəniləcək. Uzunmüddətli müqavilə imzalayacaq müdafiəçi mövsümün sonunadək Fransa klubunda icarədə qalacaq.
Qeyd edək ki, Sarr 2024-cü ilin avqustunda “Lion”dan “Strasbur”a keçib.