“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşdi
“Çelsi”nin yeni baş məşqçisi bəlli olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Zadəganlar” yerli mütəxəssis Liam Rosenyorla razılığa gəlib. 41 yaşlı çalışdırıcı ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Çelsi” yanvarın 1-də Entso Mareskanı istefaya göndərib.










