“Çelsi”nin yarımmüdafiəçisi “Börnli”də
“Çelsi”nin futbolçusu Lesli Uqoçukvunu Premyer Liqada klubunu dəyişib. Fransalı yarımmüdafiəçi “Börnli”yə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. “Börnli” bu keçid üçün qarşı tərəfə 28,7 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lesli ötən mövsümü icarə əsasında “Sauthempton”da çıxış edib.












