“Çelsi”nin transferlərə ayıracağı büdcə açıqlandı
“Çelsi”nin yay transferlərinə xərcləyəcəyi vəsaitin məbləği bəlli olub. İngiltərə klubunun yeni rəhbərliyi bunun üçün 200 milyon funt sterlinq ayıracaq.
Bu barədə qərarı Todd Boelinin başçılıq etdiyi konsorsium verib. Rəhbərlik heyətin yayda gücləndirilməsini istəyir.
Baş məşqçi Tomas Tuxel müdafiə xəttinin bir neçə oyunçu ilə gücləndirilməsinin tərəfdarıdır. Həmçinin dayaq yarımmüdafiəsi mövqeyində yeni futbolçulara ehtiyac var.