“Çelsi”nin sabiq futbolçusu “Levante”də
“Çelsi”nin sabiq futbolçusu Çarli Musondanın yeni klubu müəyyənləşib. O, “Levante” ilə müqavilə imzalayıb.
Belçikalının La Liqa klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədər qüvvədə olacaq. Anlaşmada tərəflərə müqaviləni daha iki il uzatmaq imkanı verən bənd də var.