”Çelsi”nin qapıçısı “Arsenal” yolunda
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa İngiltərə Premyer Liqasında klubunu dəyişəcək. İspaniyalı qolkiper “Arsenal”a keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. “Arsenal” İspaniya millisinin üzvü üçün 5 milyon funt-sterlinq təzminat ödəyəcək.











