“Çelsi”nin Qətər tapıntıları
“Çelsi” DÇ-2022-də parlamış dörd futbolçunu heyətinə qatmağa qərar verib. İngiltərə klubu artıq qış fasiləsində bu oyunçuların keçidini həll etməyi planlaşdırır.
Premyer Liqa təmsilçisinin əsas hədəfi Argentina millisi ilə çempionluq yaşayan “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Allisterdir. Niderland yığması və PSV-nin hücumçusu Kodi Qakpo da “Çelsi”nin transfer siyahısında ön sıralardadır.
Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç və Fransa yığmasının yarımmüdafiəçisi Adrien Rabionun da transferi gündəmdədir. Sonuncu müqaviləsi başa çatan Nqolo Kante və Jorjinyonun gedişini hiss etdirməmək üçün heyətə cəlb olunmalıdır.