“Çelsi”nin hücumçusu “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni hücumçu qatıb. İstanbul klubu İngiltərənin “Çelsi” klubunun futbolçusu Mişi Batşuayi ilə güclənib. Belçikalı forvard bir mövsümlük icarəyə götürülüb.
“Çelsi” 27 yaşlı futbolçunu icarəyə verməzdən öncə onunla yeni müqavilə imzalayıb. Mişi 2023-cü ilin yayına qədər London klubuna məxsus olacaq.
Bununla da 2016-cı ildə “Marsel”dən transfer olunan Batşuayi 5-ci dəfə icarəyə verilib. O, “Beşiktaş”dan əvvəl Dortmund “Borussiya”sı, “Valensiya” və iki dəfə “Kristal Pelas”a göndərilib.