“Çelsi”nin hədəfində 75 milyonluq hücumçu

“Çelsi”nin hədəfində 75 milyonluq hücumçu

Yay transfer pəncərəsində heyətində islahatlar aparmağa qərar verən “Çelsi”nin hücumçu hədəfi bəlli olub. İngiltərə klubu Lautaro Martinesin xidmətində maraqlıdır.

“İnter”də çıxış edən argentinalının transfer qiyməti 75 milyon avro ilə dəyərləndirilir. Onun keçidini London klubunun baş məşqçisi olacağı gözlənilən Maurisio Poçettino istəyib.

Lautaro cari mövsümdə 47 oyun keçirib. O, 21 qol və 7 asssitə imza atıb.

Qeyd edək ki, Martinesin “İnter”lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Onun xidmətində “Mançester Yunayted” də maraqlıdır.

e-Topaz

Əvvəlki yazı

“Real” Azara əvəzləyici tapdı

Növbəti yazı

“Mayami”də itki təhlükəsi