“Çelsi”nin futbolçusuna iki müştəri
İngiltərəli yarımmüdafiəçi Ross Barkli “Çelsi”dən ayrılıb. O, karyerasını Şotlandiya çempionatında davam etdirə bilər.
28 yaşlı futbolçu ilə ölkənin iki ən köklü klubu – “Reyncers” və “Seltik” maraqlanır. Barkli həmçinin bəzi Premyer Liqa komandalarının transfer siyahısındadır.