“Çelsi”nin ehtiyat variantı
“Çelsi” yayda heyətinə hücumçu qatacaq. İngiltərə klubu “Napoli”nin futbolçusu Viktor Osimhenə elçi düşüb.
Lakin londonlular bu transferin çətin başa gələcəyini dərk edir. Bu üzdən “Çelsi” ehtiyat variantını da müəyyənləşdirib.
“Zadaganlar” serbiyalı Aleksandr Mitroviçin keçidində maraqlıdır. “Fulhem”in forvardı Osimhenlə müqayisədə daha ucuz qiymətə transfer olunacaq.