“Çelsi”nin agentləri Lissabonda

“Çelsi”nin agentləri Lissabonda

“Çelsi” “Benfika”nın yarımmüdafiəçisi Enso Fernandes ilə maraqlanır. London klubunun nümayəndələri argentinalı dünya çempionu üçün Lissabona gediblər. Onlar artıq Portuqaliya komandasına 120 milyon avrodan çox pul təklif ediblər.

Eyni zamanda, daha əvvəl xəbər verildiyi kimi, “Benfika”nın prezidenti Rui Koşta futbolçunu mövsümün sonuna qədər saxlamağa ümid edir. Futbolçunun özü isə yaya qədər orada qalmağa üstünlük verir.

Qeyd edək ki, bu mövsüm 21 yaşlı argentinalı Portuqaliya çempionatında 13 oyun keçirib və 1 qol vurub. O, dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.

ETOPAZ

Əvvəlki yazı

Cokoviçin Avstraliyaya yollanacağı tarix bəlli oldu

Növbəti yazı

“Yuventus”un ziyanı bəlli oldu