“Çelsi”dən “Strasburq”a
“Çelsi”də ayrılıq baş verib. Komandanın hücumçusu Dieqo Moreyra klubu tərk edib.
20 yaşlı futbolçu karyerasını “Strasburq”da davam etdirəcək. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
Portuqaliyalı ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.