“Çelsi”dən qələbə, “Yuventus” uduzdu
Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib. İkinci oyun günündə 8 qarşılaşma keçirilib.
Günün mərkəzi qarşılaşması “San Siro”da baş tutub. “Milan” “Çelsi”ni qəbul edib. Meydan sahibləri erkən qırmızı vərəqə alıb. Fikayo Tomori komandasını azlıqda qoyub. “Zadəganlar” Jorjinyo və Pyer-Emerik Obameyanqın qolları ilə qələbə qazanıb – 2:0.
5 heç-heçənin qeydə alındığı oyun günü nəhənglərin xal itirməsi ilə yadda qalıb. PSJ “Benfika”, “Real” “Şaxtyor”, “Mançester Siti” isə “Kopenhagen”lə bərabərə qalıb. Digər bir görüşdə Hayfa təmsilçisi “Makkabi” “Yuventus”u məğlub edib – 2:0.
Çempionlar Liqası, qrup mərhələsi
4-cü tur
E qrupu
“Milan” – “Çelsi” 0:2
Qollar: Jorijnyo, 21, Pyer-Emerik Obameyanq, 34
“Dinamo” Zaqreb – “Zalsburq” 1:1
Qollar: Robert Lyubiçiç, 40 – Nikolo Seyvold, 12
F qrupu
“Şaxtyor” – “Real” 1:1
Qollar: Aleksandr Zubkov, 46 – Antonio Rüdiger, 90+5
“Seltik” – “Leypsiq” 0:2
Qollar: Timo Verner, 75, Emil Forsberq, 84
G qrupu
“Kopenhagen” – “Mançester Siti” 0:0
“Borussiya” Dortmund – “Sevilya” 1:1
Qollar: Cud Bellinqem, 35 – Tanqu Nyanzu, 18
H qrupu
PSJ – “Benfika” 1:1
Qollar: Kilyan Mbappe, 40 (p.) – Joao Mario, 62 (p.)
“Makkabi” Hayfa – “Yuventus” 2:0
Qollar: Ömər Atzili 7, 42