“Çelsi”dən qələbə, “Betis”dən heç-heçə
Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına bu gün start verilib. “Fiorentina” Yunanıstanda “Panatinaikos”la qarşılaşıb.
5 qolun vurulduğu matçda ev sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
“Çelsi” isə Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib.
Qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Gecənin matçlarında isə, “Pafos” “Yurqorden”i, “Sele” isə “Luqano”nu 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
6 mart
21:45. “Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya) 2:2
21:45. “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) 3:2
21:45. “Molde” (Norveç) – “Legiya” (Polşa) 3:2
21:45. “Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) 1:2
00:00. “Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika) 3:0
00:00. “Sele” (Sloveniya) – “Luqano” (İsveçrə) 1:0
00:00. “Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya) 1:1
00:00. “Pafos” (Yunanıstan) – “Yurqorden” (İsveç) 1:0