“Çelsi”dən Lukaku qərarı: 600 min cərimə
“Çelsi”nin futbolçusu Romelu Lukaku ilə bağlı qərarı bəlli olub. İngiltərə klubu qalmaqallı müsahibəyə görə hücumçusunu cərimələyəcək.
28 yaşlı belçikalı 600 min avro cərimə ödəyəcək. Yayda “İnter”dən 115 milyona transfer olunan forvardın illik maaşı 12 milyon təşkil edir.
Qeyd edək ki, Lukaku cari mövsüm 18 oyunda 7 qol vurub.